“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibbackend

“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qedy edilib ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.
Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.

Hərbi qulluqçular “Təməl dalğıc kursu”nu müvəffəqiyyətlə başa vurublar.