Milli Arxiv İdarəsinin tenderini “VEST-LTD” qazanıb
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Dövlət arxiv xidməti təşkilatları üçün inventarların alınması” ilə bağlı keçirdiyi tenderin qalibi məlum olub.
Qalib şirkət “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin dəyərinin 498.936,02 manat olacağı gözlənilir.
Qeyd edək ki, Milli Arxiv İdarəsinə Əsgər Adil oğlu Rəsulov rəhbərlik edir. “VEST-LTD” QSC-nin nizamnamə kapitalı 2.050 manat, qanuni təmsilçisi isə Şahin Verdəliyev Əlimərdan oğludur.
Məlumat üçün bildirək ki, “VEST-LTD” şirkəti mediada tez-tez “tender mafiyası” adlandırılır və Azərbaycanda çoxsaylı dövlət satınalmalarının qalibi kimi tanınır.