TENDER: Nazirlik milyon manatdan çox vəsaiti hansı şirkətlərə verib?backend

TENDER: Nazirlik milyon manatdan çox vəsaiti hansı şirkətlərə verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderlərinin nəticələrinin qaliblərini açıqlayıb. Qurum 4 tender üçün şirkətlərə 1 milyon 65 min 850 ödəyib.

NOCOMMENT fed.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderlərinin qalibləri və tender müqavilələrinin məbləği aşağıdakı kimidir:

“Yussal Provision” MMC təsərrüfat malları – 291 min 344 manat;

“Yussal Provision” MMC dəftərxana malları – 293 min 726;

“Vıtes Group” MMC it yemlərinin satınalınması – 189 min 910 manat;

“TNT Engıneerıng” MMC istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri – 290 min 870 manat. (fed.az)