Tənzilə Rüstəmxanlı seçki kampaniyasına müəllimləri cəlb edib? — QALMAQALbackend

Tənzilə Rüstəmxanlı seçki kampaniyasına müəllimləri cəlb edib? — QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlını öz seçki kampaniyasında təhsil işçilərindən istifadə etməkdə ittiham edib.

NOCOMMENT.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Vəfa Nağı paylaşım edib.

Paylaşımda qeyd olunur:

“Tənzilə dövlət qurumlarını təbliğat lövhəsi kimi istifadə edir. Dünən məntəqə sədri, mən 102-ə, DSK-a şikayət edəndən sonra utanmazcasına gəldi yanımda plakatı qopardı. Harda görünüb ki, namizədin şəklini DSK-a şikayət edəsən, məntəqə sədri gəlib özü götürsün divardan. Bu azmış kimi, Tənzilənin plakat yapışdıranı bu gün deyir ki, o plakatları siz yapışdırırsız ora.

Bunlarda nə vaxt utanan sifət olacaq görəsən?

Vətənpərvərlik çuluna bürünüb, nə qədər şov göstərəcəksiz?

Fotodakı müəllim indi saxta deputatın təbliğatın aparır.

Çox təəssüf edirəm, belə savadlı müəllimin nə saxta deputata ehtiyacı olmalıdır, nə də onun yanındakı Tənziləyə”.

Xatırladaq ki, bir neçə gün öncə 70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb. Belə ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin namizədlərindən olan Vəfa Nağıyeva rəqibi Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb.