Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını AÇIQLADIbackend

Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis Aparatının sabiq rəhbəri, bir neçə gün öncə təqaüdə göndərilən 70 yaşlı Səfa Mirzəyev bundan sonrakı planları ilə bağlı danışıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, əməkdaşımızla qısa söhbətində Səfa Mirzəyev istirahət etmək, bundan sonrakı zamanını sakit və hüzur içində yaşamaq istədiyini qeyd edib.

Səfa Mirzəyev elmi, pedaqoji fəaliyyətlə məşğul olub-olmayacağı barədə sualı isə cavabsız qoyub.

Xatırladaq ki, mayın 12-də 70 yaşı tamam olan S.Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən 2022-ci il mayın 16-na kimi Milli Məclis Aparatının rəhbəri işləyib.