Bakı sakini Həcər İsmayılova 2500 manata yaxın vergi borcunu ödədiyini, lakin yenidən 5000 manatdan çox borc yarandığını iddia edir.
“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən paytaxt sakini Həcər İsmayılovanın dediyinə görə, borcun ödənməsi üçün hər ay təqaüdündən 200 manatdan çox pul tutulub, amma problem həll olunmayıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, şikayətçi həmçinin deyir ki, borcunu tamamilə ödədikdən sonra daha ciddi bir problemlə qarşılaşıb-borc səbəbindən ölkədən çıxışına qadağa qoyulub.
Şikayətlə bağlı Dövlət Vergi Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq. Bunun üçün isə vətəndaş özü Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməlidir. Aparılan araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.