Ter-Petrosyan: Paşinyan Ermənistanı bəlaya düçar etdibackend

Ter-Petrosyan: Paşinyan Ermənistanı bəlaya düçar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Artsax və Ermənistanı hansı bəlaya düçar etdiklərini, bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədri, keçmiş prezident Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi təşkilatın toplantısında bildirib.

Onun sözlərinə görə, hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir: “Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”.

Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq “Mənim addımım” iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmamışdı. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda iştirak etmək fikrində olmadığını bildirmişdi.