Ter-Petrosyan: Sülhməramlılar Qarabağı tərk etməyəcəklərbackend

Ter-Petrosyan: Sülhməramlılar Qarabağı tərk etməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz ümid edirik ki, rus sülhməramlıları beş ildən sonra Qarabağı tərk etməyəcəklər”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresindən baş nazirliyə namizəd Levon Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, insanların 95%-i beş il ərzində Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi ilə bağlı yanlış təsəvvürdədirlər: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın dördüncü bəndini oxuyun – Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya tərəfinin sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermək niyyətinin bitməsindən 6 ay əvvəl bəyan etmədiyi təqdirdə, növbəti 5 illik dövrlər üçün avtomatik uzadılması ilə 5 ildir”.

Ter-Petrosyan rus sülhməramlılarının gedəcəyi ilə bağlı çaxnaşma yaratmamağa çağırıb: “Yəni Azərbaycan bunu tələb edə bilər, biz də, ruslar da gedə bilərik. Qarabağ əhalisinin Qarabağı tərk etməməsi üçün hər şeyi etməliyik. Bu məsələdə Rusiya və Ermənistanın maraqları 100% üst-üstə düşür, çünki orada erməni yoxdursa, ruslar getməlidir”.