Ter-Petrosyanın bu fikirləri bir daha sübut etdi ki…backend

Ter-Petrosyanın bu fikirləri bir daha sübut etdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın fikirləri erməni cəmiyyətində əsasən qəbul olunan bir yanaşmadır.

Bu yüz faiz olmasa da amma mütləq əksəriyyət belə düşünür. Çünki indiki halda erməni cəmiyyətində bir çox fərqli fikirlər mövcuddur. Ümumilikdə isə cəmiyyət bu fikirdədir. Bu mənada ermənilər Azərbaycanın əldə etdiyi tarixi qələbəni qəbul etmək məcburiyyətindədir.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a Milli məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, sabiq Ermənistan prezidentləri Köçəryan-Sarkisyan və onların ətrafında olanlar hərbi canilərdir: “Onların məqsədi hakimiyyəti yenidən ələ keçirmək və öz çirkin maraqlarını reallaşdırmaqdan ibarətdir. Bu hərbi canilərin isə məkirli niyyətlərindən uzaqlaşması onların fiziki məhvindən sonra mümkün olacaq. Artıq Ermənistanda da onların qanlı əməllərinə hüquqi müstəvidə yer verilməyə başlanılır”.

Millət vəkilinə görə, Ter-Petrosyan bu hərbi canilərə Ermənistanı son 30 ildə idarə edən rəhbərlər içərisində bir az düzgün fikirləşməyə çalışan biridir: “Erməni cəmiyyəti də tədricən bu fikirlərə doğru getməlidir. Düzgün fikirləşə bilən erməni başa düşür ki, onların bu yoldan çəkinməsi yeganə çıxış yoludur. Bu mənada Ermənistanın normal ölkə kimi fəaliyyəti Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamaqdan asılıdır”.