Tərkibində qocalma əleyhinə maddə olan məhsullarbackend

Tərkibində qocalma əleyhinə maddə olan məhsullar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tam taxıllı buğda rüşeymləri, brokoli və bəzi digər qidalar hüceyrə səviyyəsində qocalmanı dayandıraraq ömrü uzatan spermidin maddəsini ehtiva edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

Alsalehin sözlərinə görə, spermidinin sınaqları yalnız qurdlar və siçanlar üzərində aparılıb, lakin əldə edilən nəticələr artıq perspektivli adlanır. Ekspert hesab edir ki, maddə məhsuldarlığı artırır, yuxunu yaxşılaşdırır, bağırsaqların, ürəyin, beynin sağlamlığını gücləndirir, həmçinin dərini daha elastik edir.

Öz növbəsində Saymon aydınlaşdırıb ki, spermidinin geniş yayılması həmin maddənin hüceyrələrin yenilənməsi prosesində iştirak etməsi ilə izah olunur. Onun sözlərinə görə, spermidin bütün canlı toxumalarda olur, lakin yaşla onun miqdarı azalır, buna görə də orqanizmin hüceyrədaxili səviyyədə bərpası ləngiyir və qocalma başlayır.

İmmunoloqlar hesab edirlər ki, hüceyrələr spermidinlə doymuş olarsa, bu prosesi dayandırmaq və ya yavaşlatmaq olar. Düzdür, Alsalehin fikrincə, maddə qida ilə bədənə daxil olarsa, daha yaxşı mənimsənilir. Ən çox buğda rüşeymində, yaşlı pendirlərdə, şitake göbələklərində, həmçinin yaşıl bibərdə və brokkolidə olur.

Bundan əvvəl diyetoloq Polina Juravleva qocalmanı sürətləndirən qidaları sadalamışdı. Onun sözlərinə görə, vaxtından əvvəl qocalmanın əsas təxribatçıları şəkər, trans yağlar və spirtdir.