Terminallar yeni pulları qəbul etmir – Problem niyə həll olunmur?backend

Terminallar yeni pulları qəbul etmir – Problem niyə həll olunmur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni pul əsginaslarının istifadəyə verilməsindən artıq 4 aya yaxın vaxt keçsə də, ödəmə terminalları həmin manatları hələ də qəbul etmir.

NOCOMMENT.az BakuPost.az-a istinadla bildirir ki, 1 və 5 manat yeni formada, dizanyda tədavülə verildiyi üçün ödəniş aparatları pulu qəbul etmir. Yanvar ayından tədavülə buraxılan pullar hazırda cəmiyyət arasında daha çox yayılıb. Bu baxımdan ödəmə terminallarında yeni əsginaslarla bağlı yaşanan problem daha da qloballaşıb. Artıq xeyli sayda insan bu problemlə qarşılaşır.

Eyni problem 2019-cu ildə “10 manat” və “200 manat”lıq əsginazlar dövriyyəyə verildiyi vaxtda da baş vermişdi. Buna görə də hazırda problemin bu qədər uzun müddət ərzində həll olunmaması insanların etirazına səbəb olur. Bu əsginasların hər biri çıxanda ödəniş terminalları sahibi olan şirkətlər açıqlama verirlər ki, “Biz artıq yeni əsginasların oxunması üçün bütün ödəmə aparatlarını hazır vəziyyətə gətirmişik”. Verilən vədlərlə real vəziyyət yenə də özünü doğrultmadı.

Bununla bağlı ödəmə terminalları quraşdıran şirkətin nümayəndəsi Ülviyyə Əfəndiyeva fevral ayında verdiyi açıqlamada bildirib ki, artıq yeni əskinasların götürülməsi üçün proqram təminatı yazılıb:

Ülviyyə Əfəndiyeva
Ülviyyə Əfəndiyeva

“Bir çox terminallar planlı şəkildə həmin o proqram təminatı ilə təmin olunur. Demək olar ki, artıq bitmək üzrədir”.

Ü.Əfəndiyeva mart ayında verdiyi açıqlamada isə qeyd edib ki, yaxın günlərdə bütün “Milliön” ödəmə terminalları dövriyyəyə buraxılan yeni əsginasları qəbul edə biləcək: “Bunun üçün artıq əksər aparatlara proqram təminatı yüklənib. Ölkə ərazisində 3 000-ə yaxın ödəmə terminalı var. Biz ödəmə terminallarına sürətli şəkildə bu proqram təminatını yükləyirik”.

Qeyd edək ki, paytaxtda olan ödəmə terminallarının böyük əksəriyyətində yeni manatlarla ödəniş etmək istəsək də, aparatlar pulları qəbul etmədi.

Bu barədə iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, yeni buraxılan pulların təhlükəsizliklə bağlı kodları dəyişdiyi və əvvəlkindən fərqləndiyi üçün aparatlar qəbul etmir:

Elman Sadıqov
Elman Sadıqov

“Terminallarda ilk növbədə proqram təminatı nəzərə alınmalı, yoxlanılmalıdır. Təəssüf ki, bu işdə gecikmələr yaşanır. Bundan öncə onluqlar və digər buraxılan pul nişanlarını da uzun müddət bir çox aparatlar tanımadı. Əhali bununla bağlı çətinliklər yaşadı. Burada Mərkəzi Bankla birlikdə iş birliyi həyata keçirmək lazımdır. Həmin şirkətlər və bankomatlar üçün yeni pul nişanlarını tanıyan proqram təminatının qısa müddətdə yazılaraq terminallara əlavə olunmalıdır. Bu isə maddi cəhətdən əlavə xərclərdir. Düşünürlər ki, digər pullar da dəyişdikdən sonra birdəfəlik edərlər. Əgər bundan sonra yeni pul nişanları olmayacaqsa, dəyişdirilməyəcəksə, indiyə qədər buraxılanların proqram təminatını həll etmək lazımdır ki, əhali çətinlik çəkməsin. Tutaq ki, 1-2 aydan sonra yeni pul nişanlarının olması ilə bağlı məlumat varsa, o zaman ödəmə terminalları həmin proqram təminatını birdəfəlik həyata keçirsinlər”.

İqtisadçının sözlərinə görə, ödəmə terminallarının yoxlanılması da vacibdir: “Düşünürəm ki, bu proses uzunmüddət çəkməyəcək. Mart ayı ərzində işləri yekunlaşdırmaq mümkün olar. Qeyd etdiyim kimi, əlavə xərclərin olmaması, problem yaşanmaması üçün terminallar gözləmə mövqeyində olur. Artıq pensiya və ya maaşlar verilərkən yeni pullardan istifadə olunur. Çox təəssüf ki, ödəmə terminallarında, parkinqlərdə hələ də nəinki son, öncədən buraxılan 10 manatlıq və ya digər pullarla ödəniş edərkən problemlər yaşanır. Təcili şəkildə bu məsələ öz həllini tapmalıdır. Burada əsas məsələ bir sıra terminalların xərclərdən qaçaraq gözləmə mövqeyi tutmalarıdır.

Düşünürlər ki, yeni manatlar buraxıldığı zaman birdəfəlik edər, “lüzumsuz” xərc çəkməzlər. Əhalinin narahatlığını başa düşmək, problem yaşanmamaq üçün həmin aparatların dəyişdirilməsi çox önəmlidir”.