Terror aktı nəticəsində 4 polis həlak olub, 6-sı yaralanıbbackend

Terror aktı nəticəsində 4 polis həlak olub, 6-sı yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə və ora dəstək üçün gələn təhlükəsizlik işçilərinə hücumu nəticəsində 4 polis həyatını itirib, 6-sı yaralanıb.

NOCOMMENT xəbər verir ki, silahlılar gecə saatlarında Lakki Marvat rayonunda Səddar Polis İdarəsinə hücum ediblər. Hücum xəbərindən sonra kömək üçün bölgəyə gələn polis maşını bombalı hücumun hədəfinə çevrilib.

Partlayışda 4 polis həyatını itirib, 6 polis də yaralanıb.

Araşdırma davam edir.