Terror aktını törədən 4 nəfər saxlanılıb – Putin açıqladıbackend

Terror aktını törədən 4 nəfər saxlanılıb – Putin açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu cinayətin araşdırılmasına və əməliyyat-axtarış tədbirlərinin nəticələrinə gəlincə, hazırda bunu deyə bilərik: terror aktını törədən 4 nəfərin hamısı, insanları güllələyib öldürənlərin hamısı tapılaraq saxlanılıb”.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

“Onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, Ukrayna tərəfində dövlət sərhədini keçmələri üçün “pəncərə” hazırlanıb.

Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar”, – Rusiya lideri qeyd edib.