Terror əməliyyatı – 20 nəfər həbs edildibackend

Terror əməliyyatı – 20 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada terror təşkilatı PKK/KCK-PYD/YPG-yə qarşı keçirilən əməliyyatda 20 xarici ölkə vətəndaşı saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Ankara Polis İdarəsindən verilən məlumata görə, Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirlikləri tərəfindən aparılan araşdırmalar nəticəsində PKK/KCK-PYD/YPG silahlı terrorçusu ilə əlaqədə olan 23 xarici ölkə vətəndaşı aşkarlanıb. Təşkilatın qarşıdurma bölgələrində, bəzilərinin isə ötən illərdə terror təşkilatı tərkibində münaqişə bölgələrində fəaliyyət göstərdiyi şübhəli şəxsə qarşı il daxilində əməliyyat başladılıb.
Eyni vaxtda keçirilən əməliyyat zamanı 20 şübhəli yaxalanıb, qaçan 3 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.