Terror əməliyyatı keçirilib: 32 həbs qərarıbackend

Terror əməliyyatı keçirilib: 32 həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Respublika Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) və DEAŞ-a qarşı aparılan araşdırmalar çərçivəsində 32 nəfər haqqında həbs qərarı çıxarıb.

NOCOMMENT xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan FETÖ istintaqında 5 şübhəlinin dövlət qulluğundan uzaqlaşdırılan və ya həbs edilən şəxslərin ailələrinə pul payladığı müəyyən edilib.

Respublika Baş Prokurorluğu tərəfindən 32 şübhəli haqqında verilən həbs qərarı ilə hərəkətə keçən Ankara Təhlükəsizlik Müdirliyi qrupları əməliyyatla şübhəlilərin hamısını yaxaladı.

Şübhəlilərin qaldıqları yerlərdə aparılan axtarış zamanı 1 ədəd Kalaşnikov avtomatı da daxil olmaqla silahlar, güllələr, təşkilati sənədlər və pul paylama siyahıları ilə yanaşı, 14 min lirə və 2 min 500 ABŞ dolları ələ keçirilib.

Ankara Polis İdarəsində şübhəlilərin istintaqı davam edir.