Terrorçular yeni raket hücumlarına hazırlaşır – Zelenskibackend

Terrorçular yeni raket hücumlarına hazırlaşır – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Zelenski Rusiyanın Ukraynaya qarşı yeni raket hücumlarına hazırlaşdığını iddia edib

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski gecə saatlarında “Telegram” hesabında paylaşdığı gündəlik video müraciətində bildirib.

Son dövrlərdə olduğu kimi bu həftə də ən ağır toqquşmaların Donetsk cəbhəsində davam etdiyinə diqqət çəkən Zelenski, “Cəbhədə vəziyyət olduqca ağırdır” deyə qeyd edib.

Zelenski müraciətdə Rusiyanın yeni hücumlara hazırlaşdığını iddia edib.

“Terrorçuların yeni hücumlar hazırladığını anlayırıq. Bunu dəqiq bilirik. Təəssüf ki, raketləri olduğu müddətcə sakitləşməyəcəklər”.

Jalə Bədirova

NOCOMMENT.az