Terrorçulardan biri partiyanın şöbə sədri imişbackend

Terrorçulardan biri partiyanın şöbə sədri imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Dağıstanda terror aksiyasında iştirak edən terrorçulardan biri Əli Zakariqayev Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyasının üzvü imiş.

NOCOMMENT.az xəbər verir ki, bu barədə partiyanın verdiyi açıqlamada qeyd olunub.

Məlumata görə, Zakariqayev 2021-ci ilə kimi partiyanın Serqokalinsk rayonu şöbəsinin sədri olub.

Partiya bu gün Zakariqayevi sıralarından qovduğunu bildirib.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində ən son məlumata görə 17 polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.