Terrorçuları qorxu bürüdü: ABŞ-dan kömək istədilər!backend

Terrorçuları qorxu bürüdü: ABŞ-dan kömək istədilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin uğurlu hava əməliyyatından sonra bölgədəki terrorçuları qorxu bürüyüb.

NOCOMMENT.az xəbər verir ki, terrorçuların lideri Mazlum Kobani kod adlı Fərhad Abdi Şahin ABŞ mətbuatına danışaraq prezident Bayden və hökumətdən kömək istəyib.

Əsasını PKK/PYD/YPG terror təşkilatlarının təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin komandanı Fərhad Abdi Şahin qorxduğunu etiraf edən açıqlamalar verib.

ABŞ-da yerləşən “Politico”ya danışan Şahin ABŞ-ın Türkiyənin sərhədyanı əməliyyata başlamaq təhdidini həyata keçirməsinin qarşısını almaq üçün kifayət qədər addım atmadığnı bildirib.

Terrorçuların lideri ABŞ prezidenti Baydendən kömək istəyib. Hava hücumlarının quru əməliyyatının xəbərçisi olduğuna inandığını ifadə edən Şahin ABŞ hökumətinə də çağırış edib.

ABŞ hökumətinin yuxarı eşelonlarını Ankaraya təzyiqləri artırmağa çağıran Şahin bu ifadələrdən istifadə edib; “İndiyə qədər verilən açıqlamalar Türkiyənin bizə qarşı yeni əməliyyatlara başlamaq planlarını dayandırmağa kifayət etmədi”.

Hücumun bölgəni viran qoyacağını və Suriyadakı böhranı daha da çətinləşdirəcəyini iddia edən terror qruplaşmasının lideri bunun İŞİD-in dirçəlməsinə kömək edəcəyini iddia edib.

Qeyd edək ki, Türkiyə Suriya və Şimali İraqa qarşı “Pəncə-qılınc” hava əməliyyatı həyata keçirib. Hava əməliyyatları çərçivəsində terrorçuların hədəfləri müvəffəqiyyətlə vurularaq, quru əməliyyatları gözləntiləri gücləndirilib.

Jalə Bədirova

NOCOMMENT.az