“Terrorçuluq” ittihamı ilə həbs edilən iranlı diplomat sərbəst buraxıldıbackend

“Terrorçuluq” ittihamı ilə həbs edilən iranlı diplomat sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Belçika ilə Oman arasında məhbus mübadiləsi yolu ilə “terrorçuluq” ittihamı ilə Belçikada həbsdə olan iranlı diplomat Esedullah Əsədin azad edildiyini elan edib.

NOCOMMENT xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz Tvitter hesabında paylaşdığı mesajda “Beynəlxalq hüquqa zidd olaraq iki ildən artıqdır Almaniya və Belçikada qanunsuz həbsdə olan ölkəmizin günahsız diplomatı cənab Esedullah Esedi Hazırda vətəninə qayıdır və tezliklə İrana çatacaq” deyib.

Abdullahiyan mesajında ​​Omana Tehran və Brüssel arasında əsir mübadiləsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkür edib.