Terrorçunun etirafı: Krokus-a hücumu kim sifariş edib?backend

Terrorçunun etirafı: Krokus-a hücumu kim sifariş edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Krokus Siti Holl”da terakt törədən 4 nəfər yaxalanıb.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, terrorçulardan birinin yaxalanarkən etirafları sosial şəbəkələrdə yayılıb.

O bildirib ki, tanımadığı şəxs tərəfindən təxminən bir ay əvvəl sifariş alıb: silahları sifarişçilər tədarük edib, hücum ediləcək yerin – “Krokus”un xəritəsi və şəkli göndərilib.

Sifarişə əsasən, qarşılarına çıxanları öldürmək müqabilində 500 min rubl təklif ediblər.

Terrorçunun sözlərinə görə, vəd edilən pulun yarısını onlayn formadaalıb, kartına yüklənib, yarısını isə teraktdan sonra alacaqmış.

Terrorçu deyir ki, onunla Teleqramda adı, soyadı göstərilməyən “vaiz köməkçisi” danışıb.

Yaxalanan terrorçu adını da açıqlayıb – Fariddun Şamsuddin, 1998-ci il təvəllüdlü.

Qeyd edək ki, bundan öncə saxlanıldığı bildirilən terrorçular arasında bu adlı şəxs yoxdur.

Xatırladaq ki, ötən gün “Krokus Siti Holl”da baş verən teraktda 115 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumatda isə ölənlərin sayının 130-u keçdiyi bildirilir.