Terrorla təqsirləndirilən hakim 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildibackend

Terrorla təqsirləndirilən hakim 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanada Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı açılan cinayət işində silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə mühakimə olunan keçmiş hakim 7 il 6 ay həbs cəzasına məhkum edilib.

NOCOMMENT xəbər verir ki, Adana 12-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə işdən çıxarılan həbsdə olan şübhəli A.Ç.-nin vəkili iştirak edib. Prokuror təqsirləndirilən şəxslə bağlı qoyulan ittiham əsasında konkret və ardıcıl şahid ifadələrinin olduğunun və onun FETÖ-çülərlə dəfələrlə görüşdüyünün müəyyən edildiyini və A.Ç-nin cəzalandırılmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili isə müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamı rədd edərək, bəraət hökmü çıxarılmasını istəyib. Məhkəmə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.