“Tərtədə özünü yandırmaq istəyən şəxs qazi deyil” – Rəsmi açıqlamabackend

“Tərtədə özünü yandırmaq istəyən şəxs qazi deyil” – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mediada və sosial şəbəkələrdə Qarabağ qazisi kimi təqdim edilən bir şəxsin Tərtər İcra Hakimiyyətinin binası qarşısında özünü yandırmaq istəməsi haqda məlumat və görüntülər yayılıb. Bununla bağlı rayon icra hakimiyyəti açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, Tərtər rayonunun Bəyimsarov kənd sakini 1962-ci il təvəllüdlü Qasımov Nüsrət Zöhrab oğlu ailə münaqişəsi zəmnində, həyat yoldaşı Qasımova Şaxsənəm Əvəz qızının ondan boşanması üçün məhkəməyə müraciət etməsinə etiraz olaraq Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasına yaxın yerdə üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib: “Özünəqəsdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Aldığı yanıq xəsarətlərinə görə Tərtər Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.
Bəzi mətbu orqanlarda “Tərtərdə Qarabağ qazisi özünü yandırdı” başlığı ilə gedən yazılarla bağlı bildiririk ki, Nüsrət Qasımov Qarabağ qazisi deyil”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan isə  bildirilib ki, bəzi sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir:
“Belə ki, özünü yandırmağa cəhd edən şəxs Tərtər rayon Bəyimsarov kənd sakini R.Q. adlı şəxsdir. O, qazi deyil və psixi xəstəlikdən əziyyət çəkir. Həmin şəxs özünü yandırmağa cəhd etsə də, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hazırda onun həyati təhlükəsi yoxdur”. Oxu.az