Tərtər işi üzrə 11 nəfərin məhkumluğu götürüldübackend

Tərtər işi üzrə 11 nəfərin məhkumluğu götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər işi üzrə həbs edilmiş daha 11 nəfərin məhkumluğu götürülüb.

NOCOMMENT xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, 11 nəfər barəsindəki cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəməsi hesab edib ki, vaxtilə Tərtər Hərbi Məhkəməsi işə baxarkən ciddi prosessual pozuntulara yol verib. Buna görə də həmin şəxslərin işinə birinci instansiya kimi Gəncə Hərbi Məhkəməsində baxılacaq.

Xatırladaq ki, məhkum edilmiş şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunublar. Onlara 10-20 il aralığında azadlıqdan məhrumetmə cəzası verilib.