Tərtər işinə görə tutulanlar barədə xəbər varbackend

Tərtər işinə görə tutulanlar barədə xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər – Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin həbs müddəti 3 ay uzadılıb.

Bundan başqa, “Tərtər işi” ilə bağlı daha əvvəl həbs edilmiş 4 nəfər – Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu və Axundov Fuad Arazi oğlunun cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bir müddət əvvəl onlar barəsində də seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.