Tərtərdə mina partlayıb: Üç nəfər xəsarət alıbbackend

Tərtərdə mina partlayıb: Üç nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.