Tərtərdə oğurluq edənlər saxlanıldılarbackend

Tərtərdə oğurluq edənlər saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, rayon sakini olan bir nəfər mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri – Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar.

Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.