Tərtərdə şəhidin adına olan məktəbin şagirdləri təhlükədə – FOTObackend

Tərtərdə şəhidin adına olan məktəbin şagirdləri təhlükədə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə insanlar tərəfindən tənqid olunan bu şəkildəki şəraitsiz sinif otağı Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbinin sinfidir. Məktəb şəhid milli qəhrəman Elnur Muradovun adını daşıyır.

Tərtər rayonunun Hacıqərvənd kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

NOCOMMENT.az xəbər verir ki, redaksiyamıza daxil olan şikayət məktubunda yazılır:

Məktəbin şagirdlərinin qış aylarında atapleniya ilə deyil, odun sobası ilə isinməsi və müəllimlərin, şagirdlərin sinif otağında palto ilə oturması, döşəmənin yararsız vəziyyətdə, tavan təhlükəli durumda olması da şəkildə diqqət çəkib. Bir sözlə keyfiyyətli tədris üçün bina dövrün tələblərinə cavab vermir. Bu da sosial şəbəkələrdə insanlar tərəfindən tənqid edilib.

Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günlərində vəziyyət daha da çətinləşir. Neçə illərdir fəaliyyət göstərən bu məktəbdə indiyənə kimi heç bir əsaslı təmir işləri görülməyib. Şəkildə gördüyünüz kimi sinif otağı tamamilə təmirsiz və yararsız vəziyyətdədir. Heç istilik sistemidə yoxdur. Hətta Ulu Öndər Heydər Əliyevin şəkli belə yararsız vəziyyətdədir. Şübhəsiz ki, bu da məktəbdə şagirdlərə dərs keçməyə imkan vermir.

 Mövcud vəziyyətə görə davamiyyət də aşağıdır. Şagirdlər soyuqdan dərslərin bir çoxunda iştirak etmirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.