Tərtərdə son vəziyyət: 400 mərmi atılıb, 10-dan çox evə və məktəbə ziyan dəyibbackend

Tərtərdə son vəziyyət: 400 mərmi atılıb, 10-dan çox evə və məktəbə ziyan dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 14-də düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb.

Nəticədə 1 mülki şəxs ölüb, 9 nəfər yaralanıb. Həmçinin AzTV-nin çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AzTV-nin sürücüsü Namiq Qəmbərov xəsarət alıb.

Gün ərzində Tərtər rayon ərazisinə düşən top mərmiləri nəticəsində 10-dan çox mülki evə və Düyərli kənd tam orta məktəbinə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 14-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 10 nəfər ölüb, 49 nəfər yaralanıb.