Tərtərə atılan Smerç raketi rayonun Buruc kəndinə düşübbackend

Tərtərə atılan Smerç raketi rayonun Buruc kəndinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini Smerçlə atəşinə tutub.

NOCOMMENT xəbər verir ki, report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, saat 18:15-də düşmən tərəfindən atılan Smerç rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Lakin kəndin su xətti sıradan çıxıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.