“Tesla” 9 mindən çox avtomobili geri çağıracaqbackend

“Tesla” 9 mindən çox avtomobili geri çağıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” korporasiyası korpusda yaranan problemlərə görə ABŞ-da 9,1 min Model X elektrik avtomobilini geri çağırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatına istinadən məlumat yayıb.

Maraqlıdır ki, təhlükəsizlik problemlərinə görə “Tesla” təkcə son 6 ayda 2,6 milyona yaxın avtomobili geri çağırıb.

Tesla artıq geri çağırma kampaniyasına məruz qalan bütün elektrik avtomobillərini yoxlayacağını və lazım gələrsə, bütün qüsurları pulsuz aradan qaldıracağını vəd edib.

Problemlər 2023 Model Y, Model S və Model X markaları ilə bağlıdır.