Tesla məhkəməlik oldubackend

Tesla məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dakı Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) elektrikli avtomobil istehsalçısı Tesla-ya qarşı Kaliforniyadakı fabrikində “qara işçilərin irqçiliyə məruz qaldığı” iddiası ilə məhkəməyə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, Tesla menecerlərinin sözügedən pis rəftardan xəbərdar olduqlarını və bu problemi aradan qaldırmaq üçün hərəkətə keçdəmiklərini iddia edən EEOC şirkətlə uzlaşma əldə oluna bilmədikdən sonra Oakland Federal Məhkəməsində iddia qaldırıldığını bildirin.

Komissiyanın iddialarına görə, qaradərili işçilər sözügedən bərabərsizlikdən şikayətləndikdən sonra işdən çıxarılıb. İşçilərə təzminat ödənilməsini məhkəmədən tələb edən Komissiya işin nəticəsi olaraq müxtəlif cəzalar gözlədiyini bildirib. “İrqçilikdən qaynaqlanan qanun pozuntuları və davam edən qeyri-münasib davranışlar bütün növbələrdə şöbələrdə və iş mövqelərində açıq-aydın görünür”.

Müraciətdə iş yerinin müxtəlif yerlərində “svastika” və “Ku Klux Klan (KKK)” kimi irqçi rəsmlərin görüldüyü qeyd edilib. İddiaçıları təmsil edən vəkil Bryan Schwartz verdiyi yazılı açıqlamada “Teslanın qaradərili işçilərinə qarşı irqçi təcavüzü qanunsuz və dəhşətlidir. Problem sistematik şəkildə həll edilməlidir” deyə qeyd edib.