Üçüncü rübdə elektrikli avtomobil tədarükü ilə bağlı optimist proqnoz fonunda “Tesla”nın səhmləri təxminən 5 faiz artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə birja məlumatında deyilir.
Sentyabrın 23-də “Tesla”nın səhmləri 4,93 faiz bahalaşaraq bir səhm üçün 250 dollara yüksəlib. Bildirilib ki, qiymətli kağızların artan qiyməti sayəsində şirkət ili itkisiz başa vura biləcək.
Qeyd edək ki, “Tesla”nın ikinci rüb üçün xalis mənfəəti 1,48 milyard dollara düşüb. Mənfəət son beş ilin ən aşağı göstəricisidir.