“Tesla”nın səhmləri çökdübackend

“Tesla”nın səhmləri çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı, iyulun 11-də “Tesla” qiymətli kağızlarının qiyməti 8,5% azalaraq, bir səhm üçün 240,87 dollar təşkil edib.

NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, robotaxinin buraxılışının təxirə salınması ilə bağlı elan olunub.

Cümə günü bazar öncəsi ticarətdə səhmlər ucuzlaşmağa davam edib. Nasdaq birjasının məlumatına görə, Moskva vaxtı ilə saat 15:30-a olan məlumata görə, onların qiyməti 235,95 (-2,11%) təşkil edir.

Bir gün əvvəl bildirilmişdi ki, “Tesla” öz robot taksisinin planlaşdırılan təqdimatını avqustun 8-dən oktyabra təxirə salmaq qərarına gəlib. Şirkət izah edib ki, layihə üzərində işləyən komandalara əlavə prototiplər yaratmaq üçün daha çox vaxt lazımdır.