“Tesla” oğurluğu: Çin sakini ABŞ-da həbs edildi – “Reuters”backend

“Tesla” oğurluğu: Çin sakini ABŞ-da həbs edildi – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, Almaniya və Kanada vətəndaşı olan və Çində yaşayan bir şəxs, “Tesla”nın elektrik nəqliyyat vasitələrinin ticarət sirlərini oğurladığı üçün ABŞ-da 24 ay həbs cəzasına məhkum edilib.

NOCOMMENT.az xəbər verir ki, 59 yaşlı Klaus Pluqbayl iyun ayında biznes ortağı Yilong Şao ilə birlikdə “Tesla”nın batareya istehsalı sirlərini “Long-Aylend”dəki iş adamları qismində çıxış edən Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarına satmağa cəhd etdiyini etiraf edib.

Pluqbaylın vəkili və “Tesla”nın nümayəndələri məhkəmə qərarına münasibət bildirməyib. Eyni zamanda ittiham edilən, lakin hələ də azadlıqda olan Şao ilə əlaqə saxlamaq mümkün olmayıb.

ABŞ baş prokurorunun köməkçisi Metyu Olsen bəyanatında bildirib: “Amerikalı elektrik nəqliyyat vasitəsi istehsalçısının ticarət sirlərini öz Çində yerləşən şirkətində istifadə etmək üçün oğurlamaqla Pfluqbaylın hərəkətləri milli təhlükəsizlik baxımından kritik olan bir sənayedə Çin Xalq Respublikasının maraqlarına xidmət edirdi”.

Pluqbayl mart ayında Nyu-Yorkda ittiham olunmuşdu.

Prokurorların məlumatına görə, o və Şao öz elektrik nəqliyyat vasitəsi batareyası bizneslərini ABŞ-ın aparıcı elektrik avtomobili şirkətinin ticarət sirləri əsasında qurublar. Şirkətin adı açıqlanmasa da, prokurorlar həmin şirkətin 2019-cu ildə Kanadada yerləşən batareya yığımı istehsal xətti şirkətini satın aldığını bildiriblər. Bu təsvir “Tesla”nın Kanadanın “Hibar” şirkətini almasına uyğun gəlir.

Ədliyyə Nazirliyi Pfluqbayl və Şaonun əvvəllər Kanadalı şirkətdə çalışdığını və Pluqbaylın 2020-ci ildə Şaonun biznesinə qoşulduğunu bildirib. Prokurorların sözlərinə görə, Pluqbayl və Şaonun şirkəti Çində, Kanadada, Almaniyada və Braziliyada əvvəlki işəgötürənləri ilə eyni batareya yığımı avadanlıqları istehsal edir.

Prokurorların məlumatına əsasən, Şao ötən il Las-Veqasda keçirilən sərgidə gizli “FBI” əməkdaşları ilə görüşüb. Bundan sonra Pluqbayl onlara “Tesla”nın ticarət sirlərini ehtiva edən biznes təklifi göndərib.\\Valyuta.Az