Teslanın səhmləri xeyli ucuzlaşdıbackend

Teslanın səhmləri xeyli ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tesla şirkəti ötən gün “S & P Dow Jones İndices” komitəsi tərəfindən “S & P 500” indeksinə daxil edilməyəndən sonra səhmləri xeyli ucuzlaşıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bugünkü hərracdan əvvəl (pre-market) şirkətin səhmləri 11 faiz dəyər itirib.

Qeyd edək ki, ötən il Tesla 10 dəfə bahalaşıb və bunun mühüm amillərindən biri də elə “S & P 500”ə daxil ediləcəyinə dair sərmayədarların gözləntiləridir. Belə ki, ABŞ bazarının 505 ən böyük, sabit, bahalı şirkətini əhatə edən bu mühüm indeksə daxil ediləcəyi təqdirdə Teslanın səhmləri bahalaşmağa davam edəcəkdi.

“Standard & Poor’s 500” indeksinə daxil edilən şirkətlər ABŞ-da yerləşməli, azı 8,2 milyard dollarlıq bazar dəyərinə, yüksək likvidliyə malik olmalı, yəni səhmlərinin azı yarısı açıq abunə yolu ilə satılmalıdır. Daha bir mühüm şərt dörd rüb dalbadal mənfəət gətirməsidir. Lakin Teslanın hər dörd şərti yerinə yetirməsinə baxmayaraq, “S & P Dow Jones İndices” komitəsi yenə də “Etsy”, “Teradyne”, “Catalent Pharma”ya üstünlük verib.