Tətilin uzadılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMAbackend

Tətilin uzadılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda koronavirus səbəbindən Yeni illə əlaqədar bayram tətili uzadılıb. Belə ki, qonşu ölkədə yanvarın 15-dək yalnız banklar, strateji əhəmiyyətli obyekt və xidmətlər fəaliyyət göstərəcək.

Maraqlıdır, Azərbaycanda da epidemiya səbəbindən qeyri-iş günlərinin sayı uzadıla bilərmi?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, artıq sabahdan ölkədə rəsmi iş günüdür və bayram tətili uzadılmayıb.

İnfeksionist Vüqar Cavadzadə isə bildirib ki, ölkədə sərt karantin tədbirləri davam etdiyi üçün bayram tətilinin uzadılmasına ehtiyac yoxdur: “Hesab edirəm ki, bayramla əlaqədar qeyri-iş günlərinin uzadılmasına ehtiyac yoxdur. Onsuz da Azərbaycanda sərt karantin tədbirləri davam edir və bunun nəticəsində gündəlik yoluxma sayı 1000-dən aşağı düşüb.