Təxliyə edilən körpələrin vəziyyəti necədir?backend

Təxliyə edilən körpələrin vəziyyəti necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi, Patologiya şöbəsinin müdiri Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:

“Körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

Şöbə müdiri qeyd edib ki, körpələrdən 10-u erkən doğulmuşlardır.

Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır.

“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.