Təxminən 1,5 milyon Qəzzalı evlərini tərk edibbackend

Təxminən 1,5 milyon Qəzzalı evlərini tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, Qəzza zolağının təxminən 1,5 milyon sakini İsrail və Fələstin arasında münaqişə ucbatından evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə TASS məlumat yayıb.

“Qəzzada hələ də elektrik yoxdur. Təxminən 1,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı, 700 mindən çox insan nəzarətsiz sığınacaqlara sığındı. Bu obyektlərin 150-si öz imkanlarından artıq insanlarla doludur”, – Düjarrik bildirib.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib ki, oktyabrın 7-də münaqişənin gərginləşməsi başlayandan İsrail Qəzza zolağına 35 min ton partlayıcı atıb.