Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Rəşad Nəbiyev tviter hesabında yazıb.
Azərbayacanlı nazir Belçikanın Sənaye Müəssisələri Federasiyası – “Agoria”nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.













