Təxribatın hərtərəfli araşdırılması vacibdir – Ceyhun Bayramovbackend

Təxribatın hərtərəfli araşdırılması vacibdir – Ceyhun Bayramov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqust tarixində Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.

Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.