Teymur Rəcəbov ayaqlarını itirə bilərmiş – FOTObackend

Teymur Rəcəbov ayaqlarını itirə bilərmiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmat millisinin üzvü, beynəlxalq qrosmeyster Teymur Rəcəbov ayaqlarını itirə bilərmiş.

NOCOMMENT xəbər verir ki, qrosmeyster instaqram hesabında əlil arabası və çəliklərlə gəzdiyi fotolarını paylaşıb.

O qeyd edib ki, bu ay Sloveniyada keçirilmiş komandalararası Avropa çempionatından əvvəl az qala ayaqlarından olacaqmış: “Avropa çempionatının başlamasına bir neçə həftə qalmış iki ayağım var idi. Macarıstan hökuməti və tibbi heyətinə təşəkkür ki, hələ də ikiayaqlıyam”.

Qeyd edək ki, dünən məlum olub ki, Teymur Rəcəbov Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. Şahmatçının özü də bu barədə post paylaşıb. O, hazırda nişanlısı ilə Dubayda şahmat tacı uğrunda Maqnus Karlsenlə Yan Nepomnyaşi arasındakı görüşü izləyir.

 

View this post on Instagram

 

A post shared by Teimour Radjabov (@teimour.radjabov)