Teymur Rəcəbov fransalı rəqibini məğlub etdibackend

Teymur Rəcəbov fransalı rəqibini məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlərin ilk günündən qalib ayrılıb.

NOCOMMENT-in məlumatına görə, tərəflər bu gün dörd dəfə üz-üzə gəliblər. İlk partiyada heç-heçə qeydə alınıb. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb.

Tərəflər fevralın 14-də də üz-üzə gələcəklər. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turniri 3-cü pillədə başa vuracaq.

Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Vesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib – 2:2 (rəqiblər hərəyə bir qələbə qazanıblar).

Sonda bildirək ki, ikinci oyun gününə sabah saat 20:00-da start veriləcək.