Teymur Rəcəbov yarımfinala vəsiqə qazandıbackend

Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

NOCOMMENT-in məlumatına görə, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb – 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə baş açatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.

“Opera Euro Rapid”

1/4 final

Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 2:2 (tay-breykdə – 0,5:1,5, ilk görüş – 2:2)

Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya) – 0,5:2,5 (tay-breykdə – 2:1, ilk görüş – 2,5:0:5)

Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa) – 2:0 (ilk görüş – 2,5:1,5)

Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa) – 2:2 (ilk görüş – 1,5:2,5)