Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi məlum oldubackend

Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.

NOCOMMENT-in məlumatına görə, bu, niderlandlı Aniş Giridir. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa)

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.