Teys: İran Ermənistanın ekoloji terroruna susurbackend

Teys: İran Ermənistanın ekoloji terroruna susur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan bütün Cənubi Qafqaz regionunun ekosisteminə və ətraf mühitinə bərpası mümkün olmayan ziyan vurur.

NOCOMMENT xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys trend-ə açıqlamasında bildirib.

“İran susur və Azərbaycanın, o cümlədən regionun kənd təsərrüfatı məhsulları üçün mühüm şirin su mənbəyi olan Cənubi Qafqaz ərazisindən axan transsərhəd çayların daha da çirklənməsinin qarşısını almaq üçün Ermənistan hökumətinə təzyiq göstərməkdən çəkinir. İran təzyiq göstərməli və Ermənistanın Araz çayına təhlükəli kimyəvi tullantılar atmaqla regionun su ehtiyatlarını və kənd təsərrüfatı torpaqlarını ciddi şəkildə çirkləndirdiyini təsdiqləmək üçün təcili olaraq torpaq və su tədqiqatları aparmalıdır”, – deyə Teys bildirib.

Teysin sözlərinə görə, Ermənistanın törətdiyi ekoloji cinayətlər beynəlxalq ictimaiyyətə təqdim edilməli və müvafiq Avropa məhkəmələrində pislənməlidir: “Ermənistan bütün regionun ekologiyası üçün təhlükə yaradır. İrəvan uzun illərdir ki, ətraf mühitin çirklənməsini həyata keçirir. Ermənistanın ekoloji terroru nəticəsində regionda əhalinin sağlamlıq problemləri getdikcə daha aydın görünür. İran tez hərəkətə keçməlidir, çünki onun kənd icmaları illərdir davam edən kimyəvi tullantılardan məhv olacaq”.