Afrika ölkəsi Zimbabvenin cənub-şərqində ölkədə fəaliyyət göstərən almaz şirkətinə məxsus Cessna 206 tipli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfərin həyatını itirdiyi bildirilib.
NOCOMMENT xəbər verir ki, Zimbabvedə mədən şirkətinə məxsus şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfərin öldüyü bildirilib. Ölkə mətbuatında əksini tapan xəbərə görə, səhər saatlarında Maşava bölgəsində baş verən qəzada təyyarədə olanların hamısı həyatını itirib.
Qəza ilə bağlı danışan Zimbabve Aviasiya Administrasiyasının direktoru Elijah Çinqoşo təyyarənin RioZim adlı almaz hasilatı şirkətinə məxsus olduğunu bildirib. Çinqoşo bildirib ki, təyyarə Zimbabvenin cənub-şərqindəki Murowa almaz mədəninin yaxınlığında qəzaya uğrayıb.