Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicənin FOTOSUbackend

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicənin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən səhər saatlarında Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 19 yaşlı Xədicə Əlimirzəyeva da olub.

NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, gənc qız Qusar Qadın Resurs Mərkəzinin üzvü olub. O, 2022-ci ildə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Genderəsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində həyata keçirilən “Dırnaq qaynağı” təliminin iştirakçısı olub. Mərkəzdə həyata keçirilən tədbirlərdə fəal iştirak edib.

Ata-anası dünyasını dəyişdiyi üçün evin yükü çiyinlərində olan Xədicə dünən qardaşı ilə birgə dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.