Təyyarə qəzasında həlak olmuş digər 22 nəfərin meyitləri zəruri tədbirlər bitdikdən sonra ölkəmizə gətiriləcəkbackend

Təyyarə qəzasında həlak olmuş digər 22 nəfərin meyitləri zəruri tədbirlər bitdikdən sonra ölkəmizə gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlər görülür.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında bildirilib.

Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.