Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi – Azərbaycan HHQ komandanı qatıldıbackend

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi – Azərbaycan HHQ komandanı qatıldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan HHQ komandanı Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə keçirilən vida mərasimində iştirak edir.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada Mürted Hava Bazasında keçirilən vida mərasiminə qatılıb.

***

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilir.

NOCOMMENT.az xəbər verir ki, vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri iştirak edir.

Tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, müdafiə naziri Yaşar Güler, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.