Təyyarəçilərimiz “TEKNOFEST”də  uçuşları icra etdibackend

Təyyarəçilərimiz “TEKNOFEST”də uçuşları icra etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında ilk uçuşlarını icra edib.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.